Əməkdar artist işdən çıxarıldı

MƏDƏNİYYƏT
15:46 14.11.2014
2406
“Teatrın baş mühasibi məni yanına çağırıb dedi ki...”.
Əməkdar artist “Direktor Azdramanı məhv edir” başlıqlı müsahibəsinə görə işdən çıxarılıb.
AZXEBER.COM  xəbər verir ki, AzNews.az-a açıqlamasında Telman Əliyev xəbəri təsdiq edib:
“Teatrın baş mühasibi məni yanına çağırıb dedi ki, səninlə bağlanan müqaviləyə noyabr ayının 16-dan xitam veririk”.
Telman Əliyev işdən çıxarılması səbəbini baş mühasibdən soruşduqda “Maliyyə yoxdur” cavabını alıb.
Qeyd edək ki, adıçəkilən müsahibədə aktyor Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilovun ünvanına sərt fikirlər səsləndirib.

OXŞAR XƏBƏRLƏR