Əməkdar artistdən "Şahnaz" muğamını öyrənən Nəfəsə dəstək - "Onu alqışlayıram"

Əməkdar artistdən "Şahnaz" muğamını öyrənən Nəfəsə dəstək - "Onu alqışlayıram"
MAQAZİN
12:10 18.11.2025
110
Uzun zamandır müğənni Nəfəsin "Şahnaz" muğamını ifa etmək istəməsi müzkirə mövzusuna çevrilib. Hətta onun Əməkdar artist Təyyar Bayramovdan muğam dərsləri almağa başlaması birmənalı qarşılanmayıb.
 
AZXEBER.COM xəbər verir ki, bir çox xanəndə ilə yanaşı, Əməkdar artist İlkin Əhmədov da məsələyə münasibət bildirib.
 
"Rəngarəng" verilişində qonaq olan xanəndə, bu addımında Nəfəsə tam dəstək verdiyini bildirib:
 
""Şahnaz" elə-belə muğam deyil. 7-8 dəqiqə olmasına baxmayaraq onu ifa etmək çox çətindir. Hətta münsif olduğum yarışmalara qatılan uşaqlar belə onu ifa edəndən sonra görürəm ki, yorulublar, səs oturub. Təyyar müəllim deyibsə Nəfəsin səsi var, "Şahnaz"ı oxuyacaq, mən bunu sadəcə alqışlaya bilərəm. Demək ki, artıq o, üzərində çalışmağa, muğam öyrənməyə qərar verib. Bu çox yaxşı haldır".
 
Aysel
OXŞAR XƏBƏRLƏR