Çempionlar Liqasında bu gün hansı oyunlar keçiriləcək?

Çempionlar Liqasında bu gün hansı oyunlar keçiriləcək?
İDMAN
17:59 16.02.2022
847

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi davam edir. 

2-ci oyun günündə daha iki matç keçiriləcək. Gecənin ən maraqlı görüşü İtaliyada olacaq. Son ölkə çempionu "İnter" İngiltərə "Liverpul"unu qəbul edəcək. 

 

Digər görüşdə Almaniya "Bavariya"sı Avstriyada "Zaltsburq"la qarşılşacaq. 

Qeyd edək ki, 1/8 final mərhələsinin ilk görüşündə PSJ "Real"a qalib gəlib - 1:0. Mərhələnin digər oyunları fevralın 22-si və 23-də keçiriləvək.

UEFA Çempionlar Liqası, 1/8 final

İlk oyunlar

16 fevral

00:00. "İnter" (İtaliya) - "Liverpul" (İngiltərə)

Baş hakim: Şimon Marçinyak (Polşa)

00:00. "Zalsburq" (Avstriya) - "Bavariya" (Almaniya)

Baş hakim: Maykl Oliver (İngiltərə)

OXŞAR XƏBƏRLƏR