Çempionlar Turu: Rəcəbov Məmmədyarova qalib gəldi

Çempionlar Turu: Rəcəbov Məmmədyarova qalib gəldi
İDMAN
23:26 03.10.2021
533
Norveçli Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsinin VIII turunda Azərbaycan şahmatçıları Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov üz-üzə gəlib.

Görüş Rəcəbovun qələbəsi ilə yekunlaşıb - 2,5:1,5.

İlk 3 partiya heç-heçə ilə yekunlaşıb. Yalnız sonuncu partiyada Rəcəbov qara fiqurlarla qalibiyyət əldə edib. Məmmədyarov 46-cı gedişdən sonra təslim olub.
OXŞAR XƏBƏRLƏR