Əmtəə bazarlarında qızılın qiyməti 3 000 dollardan aşağı enib

Əmtəə bazarlarında qızılın qiyməti 3 000 dollardan aşağı enib
İQTİSADİYYAT
09:29 17.03.2025
142
Əmtəə bazarlarında qızılın bir troya unsiyası üzrə fyuçerslərin qiyməti 3 000 ABŞ dollarından aşağı enib.

"APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə aprel fyuçerslərinin qiyməti 0,28% azalaraq 2 992,7 ABŞ dollarına bərabər olub.
 
COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti isə 0,47% azalarq 34,27 ABŞ dollarına bərabər olub.
OXŞAR XƏBƏRLƏR