ABŞ tezliklə aviasiya tarixinin ən bahalı döyüş təyyarəsi layihəsi üçün tender açacaq.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Dünyanın ən böyük aviasiya şirkətləri indiyədək ictimaiyyətə açıqlanmayan texnologiyaların istifadə ediləcəyi döyüş təyyarəsi üçün tenderin alınmasına görə hazırlıqlara başlayıb.
Layihə sirr olaraq saxlanılıb.
ABŞ aviasiya nəhənglərinin can atdığı "Next Generation Air Dominance Program (NGAD)” layihəsi ilə yaradılacaq dünyanın ilk Altıncı Nəsil Döyüş Təyyarəsinin bir çox İHA/PUA-nı təkbaşına idarə edə biləcəyi bildirilib.
ABŞ-ın qlobal müdafiə nəşriyyatı Military Times-ın xəbərinə görə, NGAD-ın istehsalı üçün tender 2024-cü ildə keçiriləcək. Nəşriyyatın ABŞ Müdafiə Nazirliyindən (Pentaqon) əldə etdiyi məlumata görə, NGAD "futuristik və heç vaxt ictimaiyyətə açıqlanmayan” texnologiyalara sahib olacağı və dünyada istehsal edilən ilk Altıncı Nəsil Döyüş Təyyarəsi olacağı bildirilib.
Mənbələrə görə, həmçinin F-22 Raptor döyüş təyyarələrini əvəz etmək üçün NGAD-ın istehsal ediləcəyi və 2027-ci ildə həyata keçiriləcək ilk sınaq uçuşu üçün hərbi planların hazırlandığı da bildirilib.
ABŞ Hərbi Hava Qüvvələri birinci mərhələdə NGAD təyyarələrindən 200 ədəd istehsal etməyi planlaşdırıb.
Qeyd edək ki, Təyyarənin komanda mərkəzi rolunu oynayacağı və 30 ayrı döyüş təyyarəsini idarə etmək qabiliyyətinə malik olacağı da açıqlanıb.
Oksana