“Ən yaxşı halda peyvənd 9 aya tapılacaq, ən pis halda isə virus yenidən yayılacaq”

“Ən yaxşı halda peyvənd 9 aya tapılacaq, ən pis halda isə virus yenidən yayılacaq”
SAĞLAMLIQ
13:21 07.07.2020
2658
BMTnin baş katibi Antoniu Quterreş yeni növ koronavirus (COVID-19) pandemiyasından sonra dünyanı nələrin gözlədiyi barədə danışıb.

APA-nın xəbərinə görə, İsveçin "Aftonbladet” nəşrində yayımlanan məqalədə baş katib pandemiyadan sonra dünyanı iki ssenarinin gözlədiyini bildirib.

"Birinci nikbin ssenaridir. Bu ssenariyə görə, ölkələr hazırkı vəziyyətin öhdəsindən gələcəklər. Şimal dövlətləri uğurlu bərpa planı işləyib hazırlayacaqlar, inkişaf etməkdə olan ölkələr isə kömək alacaqlar”, - deyə A. Quttereş vurğulayıb.

O, koronavirusa qarşı peyvəndin 9 ay ərzində tapılacağını və onun hamı üçün əlçatan olacağına ümid etdiyini qeyd edib.

BMT-nin baş katibi deyib ki, əgər hadisələr bu məcrada inkişaf etsə, iqtisadiyyat da bərpa olunacaq, iki-üç ildən sonra normal vəziyyətə qayıtmaq üçün dünya da hərəkət etməyə başlayacaq.

"İkinci isə bədbin ssenaridir. Əgər ölkələr fəaliyyətlərini əlaqələndirməsələr, virusun yenidən yayılması baş verəcək, inkişaf etməkdə olan ölkələrdə vəziyyət pisləşəcək. Peyvənd üzərində işin ləngiməsi və ya bunun üçün şiddətli rəqabətin başlaması, peyvəndi ancaq iqtisadi imkanları olan ölkələrin əldə etməsi variantı da mümkündür. Əgər bu ssenari həyata keçsə, biz seqreqasiyanın, populizmin və ksenofobiyanın necə böyüdüyünü görəcəyik”, - deyə A. Quttereş vurğulayıb.

Baş katibin sözlərinə görə, hər bir ölkə sərbəst yaşayacaq, dünya isə ümumi problemlərin həlli üçün vahid idarəetmə təşkil edə bilməyəcək.

A. Quterreş nəticədə "yeni normallıq” yaranana qədər, ən azı 5-7 il davam edəcək qlobal depressiyanın baş verə biləcəyi barədə xəbərdarlıq edib.

Məqalədə o da qeyd olunub ki, hazırda dünyanın hansı məcra üzrə hərəkət etdiyini söyləmək çətindir: "Lakin mümkün olan hər şeyi etmək və ən pisinə hazırlaşmaq lazımdır. Pandemiya davranışın dəyişdirilməli olduğunu göstərməlidir və ayrılıq indi hər kəs üçün təhlükəlidir”.

Baş katib bildirib ki, qlobal çətinliklərin öhdəsindən yalnız qlobal idarəetmə qurumlarının köməyi və beynəlxalq əməkdaşlığın köməyi ilə gəlmək mümkündür.

A. Quterreş qeyd edib ki, dövlətlərarası əməkdaşlığın mövcud metodlarını yenidən nəzərdən keçirmək lazımdır, bunun çərçivəsində BMT və onun orqanları, Dünya Bankı, habelə Beynəlxalq Valyuta Fondu və regional təşkilatlar daha sıx işləyəcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanın Qırğız Respublikasındakı səfirliyində Xocalı soyqırımının xatirəsi yad edilib - FOTOLAR
11:32 26.02.2026
Azərbaycanın Qırğız Respublikasındakı səfirliyində Xocalı soyqırımının xatirəsi yad edilib - FOTOLAR
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında
11:20 26.02.2026
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında
Bu özəl klinikalara onkoloji xidmət üçün icazə veriləcək
11:11 26.02.2026
Bu özəl klinikalara onkoloji xidmət üçün icazə veriləcək
Azərbaycanda iş saatları azaldılır? - Həftənin müəyyən günlərində…
11:06 26.02.2026
Azərbaycanda iş saatları azaldılır? - Həftənin müəyyən günlərində…
BDU-nun tələbələrini şantaj edən kimdir? - VİDEO
11:04 26.02.2026
BDU-nun tələbələrini şantaj edən kimdir? - VİDEO
Alyona Əliyeva paylaşım etdi
10:58 26.02.2026
Alyona Əliyeva paylaşım etdi
TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilər?
10:46 26.02.2026
TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilər?
"Xocalını unutmaq, şəhidlərin ruhuna xəyanət olar"
10:23 26.02.2026
"Xocalını unutmaq, şəhidlərin ruhuna xəyanət olar"
XİN rəhbəri: Meksikada baş vermiş son hadisələrlə bağlı səfirliklə əlaqədəyik
10:13 26.02.2026
XİN rəhbəri: Meksikada baş vermiş son hadisələrlə bağlı səfirliklə əlaqədəyik
Türkiyə səfiri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
09:59 26.02.2026
Türkiyə səfiri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
“Prezidentin qrafikində may ayında belə səfər nəzərdə tutulmayıb”
09:57 26.02.2026
“Prezidentin qrafikində may ayında belə səfər nəzərdə tutulmayıb”
Ermənistan Bakıdakı tədbirə dəvət olunub? - Nazirdən açıqlama
09:54 26.02.2026
Ermənistan Bakıdakı tədbirə dəvət olunub? - Nazirdən açıqlama
XİN başçısı: AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi qətidir
09:51 26.02.2026
XİN başçısı: AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi qətidir
Ceyhun Bayramov: Bu günün reallığı Qarabağa həyatın qayıtmasıdır
09:49 26.02.2026
Ceyhun Bayramov: Bu günün reallığı Qarabağa həyatın qayıtmasıdır
BMT-nin Azərbaycandakı missiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb
09:39 26.02.2026
BMT-nin Azərbaycandakı missiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb
İtaliya səfirindən Xocalı soyqırımı ilə bağlı paylaşım
09:36 26.02.2026
İtaliya səfirindən Xocalı soyqırımı ilə bağlı paylaşım