Ənənəvi turnirin püşkü atılıb: İki debütant, üç qrup

Ənənəvi turnirin püşkü atılıb: İki debütant, üç qrup
İQTİSADİYYAT
15:05 19.04.2019
5577
"AtaBank” ASC-nin dəstəyi ilə "GNI”, "PMD”, "AtaHolding”, "AFAM” və "Synergy” Şirkətlər Qrupunun əməkdaşları arasında Ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunan mini-futbol yarışının püşkatma mərasimi keçirilib.

AZXEBER.COM xəbər verir ki, "AtaBank” ASC-nin "Dostluq” filialının konfrans zalında təşkil edilən tədbirdə 12 komanda 3 qrupa bölünüb. Qruplarda 1-ci və 2-ci yerləri tutacaq, həmçinin 3-cü yerdə qərarlaşacaq ən yaxşı 2 komanda 1/4 finala vəsiqə qazanacaq. Bu mərhələnin qalibləri yarımfinal, 3-cü yer və final mərhələsində iştirak edəcəklər.

Qruplara və komandaların gücünə nəzər saldıqda, matçların kifayət qədər gərgin keçəcəyini əvvəlcədən də proqnozlaşdırmaq mümkündür. Bu siyahıda A qrupunu xüsusi vurğulamaq yerinə düşər. Ötən il titulunu təhvil verib, bürünc medalla kifayətlənən MXD "dördlüy”ün favoriti hesab edilsə də, işi heç də asan olmayacaq. Onları turnirin daimi iştirakçıları "Gobustone” və VTB ilə gərgin görüşlər gözləyir. MXD-nin əlinə qisas üçün gözəl şans da düşüb. Yarışın debütantı olan və həmişə biri-birlərindən "işləri keçən” GNİ da onlara rəqib olub. Müştəri Xidmətləri Departamenti bu səbəbdən bank sisteminə nəzarət edən komanda ilə görüşə xüsusi motivasiya ilə çıxacaq desək, yanılmarıq. Onların ən azı müştərilərin sözlərini rəqiblərinə meydanda "çatdıracaqlarını” da proqnozlaşdırmaq mümkündür.

B qrupunda "Synergy Group”, "First United”, "Cybernet” və "Region” komandaları növbəti mərhələ üçün yarışacaq. Ötən il finalda uduzan "Synergy Group”un rəqiblərinə başağrısı olacağı gözlənilir. Çünki son mövsümdəki "gümüş”ü "qızıl”a dəyişmək arzusunda olan komanda istəyini reallaşdırmaq üçün startda öz gücünü göstərməlidir. Amma digər klubların da sonadək döyüşəcəkləri sözsüzdür. Həmişə əzmkar oyunu ilə fərqlənən və son ildə də eyni qrupda yer alan "First United” və "Cybernet” də liderlik üçün meydana çıxacaq. "Region”un da sensasiya etməsi istisna deyil. Çünki ötən il bu komanda da "First United” və "Cybernet”lə eyni "dördlük”də yer almışdı və onların oyununa bələddirlər.

Yeddi dəfə keçirilən turnirin dördqat qalibi "No Name” isə son ildəki kimi, yenə C qrupundadır. Püşk bu dəfə də onların bəxtinə AFAM Group-u salıb. "Adsız komanda”nın digər rəqibləri isə "AtaSığorta” və debütant POLİQRAFAZ-dır. Qrup oyunlarının "No Name” üçün çətin keçəcəyi gözlənilmir. Çünki təcrübəlilərdən təşkil olunan komanda 8-ci dəfə baş tutan yarışın da əsas favoritlərindəndir. Bu səbəbdən onların rəqiblərinə böyükhesabla qalib gələcəkləri proqnozlaşdırılır. Digər komandalar isə növbəti mərhələ şanslarını arayacaqlar. Bu sırada "AtaSığorta”nın daha güclü olduğunu nəzərə alsaq, üçüncülük mübarizəsi AFAM Group-la POLİQRAFAZ arasında gedəcək.

A qrupu

MXD

"Gobustone”

VTB

GNİ

B qrupu

"Synergy Group”

"First United”

"Cybernet”

"Region”

C qrupu

"No Name”

AFAM Group

POLİQRAFAZ

"AtaSığorta”

1/4 final

1. A1 - C2

2. A2 - B2

3. C1 – B3/A3

4. B1 - A3/C3

1/2 final

1-ci cütünün qalibi – 3-cü cütünün qalibi

4-cü cütünün qalibi – 2-ci cütünün qalibi

Üçüncü yer uğrunda

Yarımfinalların məğlubları

FİNAL

Qeyd edək ki, çempionata aprelin 27-də start veriləcək. AzFar stadionunda (Tennis akademiyası ilə üzbəüz) təşkil olunacaq yarış AFFA-nın hakimlər briqadası tərəfindən idarə ediləcək.

Turnirdə çempiona 5000, 2-ci yeri tutacaq komandaya 4000, 3-cü pillənin sahibinə 3000 manat pul mükafatı veriləcək. Həmçinin turnirin ən yaxşıları da hədiyyəsiz qalmayacaqlar. Yarışın ən yaxşı oyunçusu, bombardiri və qapıçısı hərəyə 500 manatla mükafatlandırılacaq.
 
 

 

 

 

 

 

 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda əhalinin gəlirləri 7%-dən çox artıb
16:40 15.08.2025
Azərbaycanda əhalinin gəlirləri 7%-dən çox artıb
Bu çağırışçılara möhlət verilir - Ailə vəziyyətinə görə
16:36 15.08.2025
Bu çağırışçılara möhlət verilir - Ailə vəziyyətinə görə
Azərbaycanda abortların sayı kəskin sürətdə artır – Bunun qarşısını necə alaq?
16:27 15.08.2025
Azərbaycanda abortların sayı kəskin sürətdə artır – Bunun qarşısını necə alaq?
Maaş kartını "Bank of Baku"ya gətir, üstünlüklər əldə et!
16:22 15.08.2025
Maaş kartını "Bank of Baku"ya gətir, üstünlüklər əldə et!
“Polis rəislərinə birbaşa müraciət vətəndaşın səsini qərarverici şəxsə çatdıracaq” - Şura sədri
16:20 15.08.2025
“Polis rəislərinə birbaşa müraciət vətəndaşın səsini qərarverici şəxsə çatdıracaq” - Şura sədri
Bu şəxslər hərbi çağırışdan azad edilir
15:56 15.08.2025
Bu şəxslər hərbi çağırışdan azad edilir
Azərbaycanda boşananların sayı azalıb
15:48 15.08.2025
Azərbaycanda boşananların sayı azalıb
Azərbaycanda 1 milyon 103 min 300 nəfər pensiyaçı var
15:47 15.08.2025
Azərbaycanda 1 milyon 103 min 300 nəfər pensiyaçı var
Tramp Putinlə görüşündən gözləntiləri haqqında: "Gözləntilər yüksəkdir!!!"
15:20 15.08.2025
Tramp Putinlə görüşündən gözləntiləri haqqında: "Gözləntilər yüksəkdir!!!"
"Bunları etməkdən çəkinin"- Astroloqdan AÇIQLAMA
15:05 15.08.2025
"Bunları etməkdən çəkinin"- Astroloqdan AÇIQLAMA
Azərbaycan əhalisinin sayı açıqlandı
14:58 15.08.2025
Azərbaycan əhalisinin sayı açıqlandı
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh etdilər
14:56 15.08.2025
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh etdilər
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
14:34 15.08.2025
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
14:28 15.08.2025
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
14:08 15.08.2025
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA
14:05 15.08.2025
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA