Görkəmli sənətkar, Xalq artisti Ənvər Həsənov bu gün axşam saatlarında dünyasını dəyişib.
AZXEBER.COM xəbər verir ki, bu haqda xəbəri aktyorun qızı Aytən xanım verib.
Qeyd edək ki, Xalq artisti Ənvər Həsənov yanvarın 10-da kəskin işemik insult diaqnozu ilə Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə yerləşdirilmişdi.
Daha sonra evə buraxılan Xalq artisti bu gün axşam saatlarında dünyasını dəyişib.
Allah rəhmət eləsin