Əraqçi: Ali liderin öldürülməsi kəşfiyyat məlumatlarının sızdırılması nəticəsində mümkün olub

Əraqçi: Ali liderin öldürülməsi kəşfiyyat məlumatlarının sızdırılması nəticəsində mümkün olub
DÜNYA
17:41 19.07.2026
1024
İsrailə İranın Ali Rəhbəri Əli Xameneini öldürməyə imkan verən kəşfiyyat sızması böyük ehtimalla hələ də aradan qaldırılmayıb.

AZXEBER.COM xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçi bildirib.

Abbas Əraqçi deyib ki, fevralın 28-i səhər Prezident Məsud Pezeşkiana "müharibə ab-havasının hökm sürdüyünü” bildirib: "Fevralın 28-dən etibarən vəziyyət müharibəyə doğru gedirdi. Şənbə günü saat 08:00-da Prezidentlə görüşdüm və ona dedim ki, ‘müharibə ab-havası hökm sürür. Biz adətən hesabatları Xameneinin köməkçisi Əli Əsgər Mir Hicaziyə təqdim edirdik, o da onları Ali Rəhbərə çatdırırdı. Saat 09:00-da Əli Əsgər Mir ilə görüşdüm və danışıqların nəticələri barədə ona məlumat verdim. Müharibə təhlükəsinin artdığını izah etdiyim zaman həmin məkan hücuma məruz qaldı. Həmin saatlarda Xarici Əlaqələr üzrə Strateji Şura həftəlik iclasını keçirirdi, Ali Rəhbər öz iş otağında idi, Əli Şəmxani isə Müdafiə Şurasının iclasına rəhbərlik edirdi. O günlərdə eyni vaxtda bir neçə iclasın keçirilməsi qeyri-adi hal deyildi. Lakin düşmənin bu görüşlər barədə məlumatlı olması, böyük ehtimalla, hələ də aradan qaldırılmamış kəşfiyyat məlumatının sızmasının nəticəsi idi. Əli Şəmxaninin Müdafiə Şurasında komandirlərlə keçirdiyi iclas, Şirazinin iş otağı, Hicazinin ofisi və Ali Rəhbərin iş otağı düşmənin rəhbərin iqamətgahı ərazisində hədəfə aldığı məkanlar idi.”

Abbas Əraqçi həmçinin bildirib ki, yeni Ali Rəhbər Müctəba Xamenei ilə hələ şəxsən görüşməyib: "Onunla indiyədək yalnız çox az sayda insan görüşüb”.
 
//apa
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Novak: Rusiya Avropaya qaz tədarükünü bərpa etməyə hazırdır
18:10 27.10.2026
Novak: Rusiya Avropaya qaz tədarükünü bərpa etməyə hazırdır
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşdü - FOTOLAR
17:55 27.10.2026
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşdü - FOTOLAR
Mədəni diplomatiyadan vətəndaş cəmiyyətinə uzanan şərəfli yol
17:51 27.10.2026
Mədəni diplomatiyadan vətəndaş cəmiyyətinə uzanan şərəfli yol
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTOLAR
17:51 27.10.2026
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTOLAR
Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu
17:48 27.10.2026
Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu
Pezeşkian: ABŞ və İsrail qlobal enerji təhlükəsizliyini təhdid edir
17:44 27.10.2026
Pezeşkian: ABŞ və İsrail qlobal enerji təhlükəsizliyini təhdid edir
Baş Prokurorluğu və DİN-dən birgə məlumat: Siyəzəndə ağır cinayətin üstü açıldı
17:41 27.10.2026
Baş Prokurorluğu və DİN-dən birgə məlumat: Siyəzəndə ağır cinayətin üstü açıldı
Havaların soyuması ailə büdcəsinə necə təsir edir?
17:40 27.10.2026
Havaların soyuması ailə büdcəsinə necə təsir edir?
Qətərdən İrana çağırış: Təhdidləri dayandırın, Hörmüz boğazını açın
17:39 27.10.2026
Qətərdən İrana çağırış: Təhdidləri dayandırın, Hörmüz boğazını açın
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
17:34 27.10.2026
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
“Crystal Group of Companies” ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi
17:25 27.10.2026
“Crystal Group of Companies” ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi
Azərbaycanda 163 min ailəyə qadın başçılıq edir – Rəsmi statistika
17:22 27.10.2026
Azərbaycanda 163 min ailəyə qadın başçılıq edir – Rəsmi statistika
Məhsanı öldürənlər qızlarımıza təhsil verəcək? – bəs hansı dildə...
17:13 27.10.2026
Məhsanı öldürənlər qızlarımıza təhsil verəcək? – bəs hansı dildə...
Sürücünün telefondan istifadəsi videokameralar vasitəsilə də qeydə alınacaq
17:08 27.10.2026
Sürücünün telefondan istifadəsi videokameralar vasitəsilə də qeydə alınacaq
Evlilikdə ən uyğun bürclər açıqlandı - Bu cütlüklər bir-biri üçün yaranıb
17:04 27.10.2026
Evlilikdə ən uyğun bürclər açıqlandı - Bu cütlüklər bir-biri üçün yaranıb
Telefon köşkləri, məktub qutuları…: Şəhərin unudulan xidmətləri
16:52 27.10.2026
Telefon köşkləri, məktub qutuları…: Şəhərin unudulan xidmətləri