"Çərçivənin İçindən Kənar Təsəvvürlər" adlı sərgi keçirildi - FOTO

MƏDƏNİYYƏT
17:16 25.12.2023
720
Azərbaycan Rəssamlar İttifaqının üzvü Ramilə Şamilovanın rəhbərliyi altında "LèRami” art studionun tələbələrinin iştirakı ilə "Çərçivənin İçindən Kənar Təsəvvürlər" adlı qrup sərgisi keçirilib.
 
Ramilə Şamilova, estetik dünyasına böyük həvəsi olan rəssam, pedaqoq və kuratordur. Onun sənət səyahəti 12 yaşında başlayıb və müxtəlif təhsil müəssisələrində, o cümlədən Əzim Əzimzadə adına Rəssamlıq Kollecində və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında davam etdirib. R.Şamilova, həmçinin London Müasir İncəsənət Muzeyinin "Müasir İncəsənət və İdeyalar"ı kursunda onlayn təhsil alıb. O, sənətə olan bağlılığını şəxsi təcrübəsindən kənara çıxaraq, çoxsaylı sərgilərdə kuratorluq etməklə və işlərini nüfuzlu məkanlarda nümayiş etdirmək şərəfinə nail olmuşdur.

Rəssam Ramilə Şamilovanın tələbələri, sənət dünyasında öz yollarını aydınlaşdırmağa davam edir. Bu il  keçirilməsi nəzərdə tutulan sərgidə 40 tələbənin ümumilikdə 80 rəsm əsəri nümayişi gözlənilir. Ekspozisiyada 30 yaşdan yuxarı 30 rəssam və 10 uşaq rəssamın əsərləri yer alacaq. 
Bu sərgi, Ramilə Şamilovanın pedaqoji uğurlarını və onun tələbələrinin bədii inkişafını qeyd etmək üçün mükəmməl bir fürsətdir. Sərgi, həmçinin tələbələrin yaradıcılıq çeşidini və sənətə olan yanaşmalarını nümayiş etdirəcək. 

"LèRami” art studianın əsas məqsədi 30 yaş üstü xüsusi ilə qadınların, vaxtıikən rəsmlə məşğul olmaq istəyib amma məşğul ola bilməyib, indi isə öz uşaqlıq arzularını reallaşdırmaq üçün buraya toplaşıblar. Məqsəd bir çoxunda eyni olsada zamanla öz təşəbbüslərinə görə inkişaf yolu dəyişir, təkcə rəsm çəkmək deyil eyni zamanda daxillərindəki məni çıxartmağa özləri özlərinə kömək edirlər. Bir çoxları bugünə kimi özümü sanki unutmuşdum yadıma saldım yenidən kimi  ifadələr işlədirlər. Mən bu hissləri tam anlamasamda bir çoxlarından eşitdiyimə görə nə qədər dərin qatı olan yara kimi ifadə etdiklırini anlayıram. Düşüncələrimiz, hisslərimiz, yaşadıqlarımızla tək başına üzləşmək düşündüyümüzdən də çətin imiş. Ən asan həll yolu olan qaçış bir gün yorğunluğa və məcburi şəkolda dayanmağa vadar edir. Və o anda kətanla fərdin arasında olan həyat alış-verişi başlayır. Və zəhərini tökməsən yenidən yarana bilmirsən. Qadınlar özlərini unutmasınlar həyat ən çox onlar üçün sürətlə gedir. Bizim məqsəd sadədir, dəvətimiz özlərini yenidən sevməyə, tanımağa və yaranmağa vadar etməkdir.

Bu sərgidə iştirak edən tələbələrin demek olarki hər birinin öz başqa profesiyanal sahələri var və onlar bunu etməklə həm uşaqlıq arzularını reallaşdırmış həm də öz xobbilərini profesiyanal formada təqdim etməkdir. Və bununlada bu işi  böyük şövqlə bacardıqlarını özlərinə və ətrafdakilarına sübut edirlər.
Sərgidə 35 rəssam olmaqla 85 əsər yer alır. Böyüklərlə yanaşı uşaqlar da bu sərgidə iştirak edərək öz istedadlarını nümaiş etdirilər. Əsərlər ən böyük 2 metr ən balaca isə A5 ölçülərində yağlı boya və qrafika olmaqla dəyişir.

Sərginin açılışı: 21 dekabr, 2023 / Saat 18:30 (giriş dəvətnamə ilə)
Sərginin iş rejimi: 22 dekabr saat  10:00-dan  18:00-dək (giriş sərbəstdir)
Ünvan: Bakı ş., Neftçilər pr. 49, Muzey Mərkəzi (4-cü mərtəbə)
Telefon: +99412 493 58 83, +99450 273 21 80
www museumcenter.az

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq