Ərdoğan Bolqarıstan Prezidenti ilə görüşdü

Ərdoğan Bolqarıstan Prezidenti ilə görüşdü
DÜNYA
15:15 01.03.2024
146
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bolqarıstan Prezidenti Rumen Radev ilə görüşüb. 

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğanın Antalya Diplomatik Forumu çərçivəsində dövlət və hökumət başçıları ilə görüşləri davam edir. 

Verilən məlumata görə, görüşdə Türkiyə və Bolqarıstan münasibətləri, Ukrayna-Rusiya və İsrail-Fələstin münaqişələri ilə bağlı son inkişaflar müzakirə edilib. 

Görüş zamanı Ərdoğan Türkiyə ilə Bolqarıstan arasında xüsusilə müdafiə sənayesi və enerji sahələrində əməkdaşlığın artırılmasının və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsinin vacib olduğunu bildirib. 

Prezident Ərdoğan Türkiyənin həm Ukrayna-Rusiya, həm də İsrail-Fələstin məsələlərində münaqişələrin bölgəyə sıçramasının qarşısını almağa üstünlük verdiyini, problemlərin dialoq və sülh yolu ilə həlli üçün maksimum səy göstərdiyini bildirib. 

Oksana
OXŞAR XƏBƏRLƏR