Ərdoğan Misirin XİN başçısı ilə Qəzzanı müzakirə edib

Ərdoğan Misirin XİN başçısı ilə Qəzzanı müzakirə edib
DÜNYA
20:23 20.04.2024
146

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Misirin xarici işlər naziri Samih Şükrünü qəbul edərək onunla Qəzzadakı vəziyyəti müzakirə edib.

Bu barədə Türkiyənin Prezident Administrasiyasının Kommunikasiya idarəsi məlumat yayıb.

"Görüşdə Türkiyə ilə Misir arasında ikitərəfli əlaqələr, İsrailin Qəzzaya hücumları ilə bağlı proseslər, qlobal və regional məsələlər müzakirə edilib”, – məlumatda diqqətə çatdırılıb.

Ərdoğan "İsrailin Fələstin xalqına qarşı hücumlarının davam etdiyi üçün gərginliyin və münaqişələrin bölgəyə sıçrama riskinin olduğunu” bildirib.

Türkiyə liderinin sözlərinə görə, "regionun münaqişə spiralına düşməsini qabaqlamaq üçün İsrail – İran gərginliyinin azaldılmasının vacibdir”. Onun fikrincə, bunun üçün "islam ölkələri birgə fəaliyyət göstərməlidirlər”.

Dövlət başçısı həmçinin Qəzzada atəşkəsin bərqərar olmasının və sözügedən bölgəyə humanitar yardımların fasiləsiz daşınmasının vacibliyini vurğulayıb.

Kommunikasiya idarəsi qeyd edib ki, Türkiyə Prezidentini xarici işlər naziri Hakan Fidan, Milli Kəşfiyyat Təşkilatının rəisi İbrahim Kalın, Kommunikasiya idarəsinin rəhbəri Fahrettin Altun, prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri səfir Akif Çağatay Kılıç və prezidentin baş müşaviri Sefer Turan müşayiət edib.

Qeyd edək ki, tərəflər arasında görüş Dolmabağça İş Ofisində baş tutub.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ukrayna Təhlükəsizlik Xidməti Krımda Rusiyanın 3 helikopterinin məhv edildiyini bildirdi
17:49 28.06.2025
Ukrayna Təhlükəsizlik Xidməti Krımda Rusiyanın 3 helikopterinin məhv edildiyini bildirdi
Yekaterinburqda işgəncələrə məruz qalan Vüqar Səfərov: “QAZel”in içindəki palçığı bizə yedizdirmək istəyirdilər - FOTO
17:35 28.06.2025
Yekaterinburqda işgəncələrə məruz qalan Vüqar Səfərov: “QAZel”in içindəki palçığı bizə yedizdirmək istəyirdilər - FOTO
Rusiyada hücuma məruz qalan azərbaycanlıları ÖMÜRLÜK HƏBS gözləyir - İttihamları BİLİNDİ
17:21 28.06.2025
Rusiyada hücuma məruz qalan azərbaycanlıları ÖMÜRLÜK HƏBS gözləyir - İttihamları BİLİNDİ
İş adamları və əhali “Ziraat Bank Azərbaycan”dan pullarını geri götürür
17:05 28.06.2025
İş adamları və əhali “Ziraat Bank Azərbaycan”dan pullarını geri götürür
Azərbaycan meyvə-tərəvəz idxalını və ixracını artırıb
16:49 28.06.2025
Azərbaycan meyvə-tərəvəz idxalını və ixracını artırıb
Cümşüd evin tək övladı imiş… - VİDEO
16:44 28.06.2025
Cümşüd evin tək övladı imiş… - VİDEO
Rusiyada şovinist siyasətin yeni dalğası: Miqrantlara və qeyri-ruslara qarşı sistemli təzyiqlər
16:23 28.06.2025
Rusiyada şovinist siyasətin yeni dalğası: Miqrantlara və qeyri-ruslara qarşı sistemli təzyiqlər
Bakıda iqtisadi əməkdaşlıq görüşü baş tutdu - FOTOLAR
16:21 28.06.2025
Bakıda iqtisadi əməkdaşlıq görüşü baş tutdu - FOTOLAR
Rusiyada qətlə yetirilənlərin cənazələrinin Azərbaycana gətiriləcəyi TARİX BİLİNDİ
16:16 28.06.2025
Rusiyada qətlə yetirilənlərin cənazələrinin Azərbaycana gətiriləcəyi TARİX BİLİNDİ
KİV: Moskva vilayətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, ölənlər var
15:57 28.06.2025
KİV: Moskva vilayətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, ölənlər var
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
15:45 28.06.2025
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
Kürdəmirdə ətrafı zibilləyən 4 nəfər məsuliyyətə cəlb olundu
15:28 28.06.2025
Kürdəmirdə ətrafı zibilləyən 4 nəfər məsuliyyətə cəlb olundu
Lerikdə qardaşlar qonşunun arvadını döydülər
15:14 28.06.2025
Lerikdə qardaşlar qonşunun arvadını döydülər
Zakir Həsənov: Azərbaycan Ordusu regionda sülh və əmin-amanlığın təminatçısına çevrilib
14:51 28.06.2025
Zakir Həsənov: Azərbaycan Ordusu regionda sülh və əmin-amanlığın təminatçısına çevrilib
Masallıda baş verən qəzada 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb
14:46 28.06.2025
Masallıda baş verən qəzada 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb
Yekaterinburqda öldürülən azərbaycanlıların sayı 5-Ə ÇATDI
14:21 28.06.2025
Yekaterinburqda öldürülən azərbaycanlıların sayı 5-Ə ÇATDI