Koronavirusun bir variantı olan "Eris” barədə yeni məlumatlar marağa səbəb olub.
AZXEBER.COM xəbər verir ki, pandemiya nisbətlərinə çatmasa da təsiri olan "Eris”in əlamətlərini bilmək faydalıdır.
Koronavirusun variantlarından biri olan "Eris” ABŞ və Avropada yayılıb. Türkiyədə də 9 nəfərdə bu virusa yoluxub.
"Eris”in bütün əlamətlərini sizin üçün topladıq.
"Eris” variantının simptomlarına şiddətli boğaz ağrısı daxildir. Öskürək, baş ağrısı, yorğunluq, qızdırma, nəfəs darlığı, bədən ağrıları və dad və qoxu itkisi də "Eris”ə işarə edir. Tənəffüs yollarının infeksiyaları daha çox burun axması, gözlərin yanması, asqırma və yüksək hərarətlə xarakterizə olunur.
Ayşən