REAL hərəkatının həmtəsisçisi Erkin Qədirli Milli Şuranın böhranlı vəziyyətə düşməsinin səbəblərini göstərib.
AZXEBER.COM xəbər verir ki, o, Milli Şuranın yaradılma prinsiplərinin düzgün olmadığı haqda qənaətlərini özünün “Facebook” statusunda bölüşüb.E.Qədirli Milli Şuranın yaradılması prosesində REAL hərəkatının irəli sürdüyü, amma qəbul edilməyən təkliflərini bəndlər üzrə sıralayıb:Hüquqşünas bildirib ki, müxalifət seçkidə heç nəzəri şansı belə olmayan Rüstəm İbrahimbəyovu dəstəkləyib. O daha sonra aşağıdakı arqumentlərlə müxalifəti sərt tənqid edib: - “Çevrəni daraldaq, sağlam nüvə quraq” dedik, “geniş koalisiya lazımdır” dedilər. Nəticədə, ən sadə məsələdə 43-42 nisbətində qərar qəbul edəcək hala düşdülər.- “İdeoloji təməl quraq, onun üzərində siyasi proqram yaradaq” dedik, “ideoloji mübahisələrin zamanı hələ gəlməyib, rejimi dəyişək, sonra bu məsələyə gələrik” dedilər. Nəticədə, avro-inteqrasiya kimi aydın məsələdə qərar qəbul edə bilmədilər, referenduma saxladılar (bəhanə).- “İdeoloji təməl üzərində vahid komanda yaradaq” dedik, “öldürülməmiş ayının dərisini bölmək istəyirsiniz” dedilər. Nəticədə, heç vahid namizədi seçə bilmirlər, nəinki komandanı.- “Qırmızı xəttləri cizək, yəni, nə edəcəyimizi deyil, nələri etməyəcəyimizi müəyyən edək” dedik, “onda tərəfdar toplaya bilməyəcəyik, dəstək gəlməyəcək” dedilər. Nəticədə, özlərinə ən yaxın çevrələrdən, hətta öz içlərindən təpki almağa başladılar.- “İqtidardan incimək - mövqe deyil, incimişləri iqtidar həlledici məqamda tərəfinə çəkə biləcək” dedik, “kompromisə getməsək, bu iş tutmaz” dedilər. Nəticədə, yanlış adamlarla komrpomisə gedildiyi hamıya bəlli oldu.- “Sizə sual vermədən qoşulanlardan şübhələnin” dedik, “özünüzü hamıdan ağıllı hesab edirsiniz” dedilər. Nəticədə, bugünlük sualsız birləşib, özlərinin siyasi gələcəyi haqqında böyük bir sual yaratdılar”.
AZXEBER.COM