2008-ci ildə ailə həyatı qurmuş 27 yaşlı Castinlə 26 yaşlı Loren həddən artıq kök olduqlarına, izafi çəkilərinə görə əziyyət çəkdiklərini deyiblər.
ABŞ-ın Tennesi ştatındakı Cefferson-Siti şəhərində yaşayan ərlə arvad qeyri-sağlam qidalardan qurtulmaq, pəhriz saxlamaq və idman etmək vasitəsilə arıqlamaq qərarına gəldilər.
19 ay davam edən çətin sınaq başlandı.
Həmin müddətdə Castin 157 kq, onun xanımı Loren isə 78 kq arıqlayıblar.
Yəni onlar 235 kiloqramlıq izafi çəkidən qurtulublar.
"İndi özümüzü zorla tanıyırıq. Tamamən dəyişmişik. Tanışlarımız, dostlarımız da bizi görəndə heyrətə düşürlər. Doğrudur, 19 aylıq pəhriz, məşqlər ağır, çox ağır idi. Amma sınaqdan uğurla çıxdıq və istəyimizə çatdıq", - Castin Şelton deyib.








