Ermənistan Türkiyə ilə sərhəddə keçid məntəqəsinin tikintisini başa çatdırıb
Ermənistan Türkiyə ilə sərhəddə "Marqara” keçid məntəqəsinin tikintisini başa çatdırıb və sərhədi açmağa hazırdır.
Bu barədə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan brifinqdə bildirib.
"Biz respublikanın baş naziri ilə həmin sərhəd-keçid məntəqəsində olduq. Tikinti işləri başa çatıb və keçid məntəqəsi açılmağa hazırdır. Sərhədin açılması siyasi məsələdir və təkcə Ermənistanın mövqeyindən asılı deyil", - o qeyd edib.
///report.az