Ermənistan XİN: "Bakı ilə sülh üçün fürsət yaranıb"

SİYASƏT
17:30 27.12.2023
224
Bakı ilə sülh üçün fürsət yaranıb.

Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda iranlı həmkarı Hüseyn Əmir Abdullahianla birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, İrəvan prosesin uğuruna inanır.

Nazirin sözlərinə görə, İrəvan Azərbaycanın sülh müqaviləsi ilə bağlı son təkliflər paketi ilə bağlı yanaşmalarını öyrənəcək və lazımi qaydada təqdim edəcək.
OXŞAR XƏBƏRLƏR