Ermənistanda qətllərin sayı azalıb, lakin fərqli xarakterli cinayətlərin sayı artıb.
Bu barədə bu ölkənin Daxili İşlər Nazirliyinin rəis müavini Aram Ovannisyan mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, 2023-cü ilin yanvar-noyabr aylarında 35 052 cinayət qeydə alınıb: "2022-ci ilin eyni dövründə bu göstərici 33 281 idi. Beləliklə, cinayətlər 5,3 faiz artıb”.
"Qətllərin sayı isə 7 fakt azalıb. 2022-ci ildə 52, 2023-cü ildə isə 45 fakt qeydə alınıb”, - o qeyd edib.
A.Ovannisyan deyib ki, Ermənistanda 2023-cü ildə dələduzluq 2022-ci illə müqayisədə 342 fakt çox olub.
///report