ANS PRESS-in tert.am saytına istinadən verdiyi məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin 35 yaşlı mayoru, İrəvan hərbi qarnizonu xəstəxanasının lor şöbəsinin müdiri Vaqe Avetyan Yerevanın "Arsnakar" restoranında iyunun 17-də döyülüb. Saytın Ermənistan Müdafiə Nazirliyininə istinədən yaydığı məlumata görə, Vaqe Avetyan yerli vaxtla saat 19:00-da vəfat edib.Xatırladaq ki, iyunun 17-də Ermənistan Futbol Federasiyasının prezidenti Ruben Ayrapetyana məxsus "Arsnakar" restoranında mühafizə xidmətinin 29 əməkdaşı Avetyanı, həkim Artak Bayadyanı və baş leytenant Qarik Soqomyanı döyüb.