“Ermənistanın törətdiyi təxribatların hər birinin kəskin cavabı veriləcək” - Deputat

“Ermənistanın törətdiyi təxribatların hər birinin kəskin cavabı veriləcək” - Deputat
SİYASƏT
11:56 28.03.2023
228
"44 günlük Vətən Müharibəsindən sonra təbii ki, bölgədə yeni yaranmış siyasi, hərbi, iqtisadi vəziyyət Azərbaycanın diqtəsi və nəzarəti altındadır. Son zamanlar Azərbaycanın təklif etdiyi 5 baza prinsipi, sülh gündəliyi, Ermənistanın ağaları tərəfindən, Azərbaycan və Ermənistan arasında daimi sülhün yaranmaması üçün çalışan qüvvələr tərəfindən pozulmaqdadır. Həmişə olduğu kimi, ağasının qulu olan, müstəqil siyasət yürüdə bilməyən Ermənistan toplumu yenidən eyforiyaya qapılaraq bu gün həmin sülh gündəliyinin gedişini pozmağa çalışır. Konkret olaraq son zamanlar müxtəlif təxribatlarla bu danışıqların baş tutmaması üçün bütün işləri görməklə məşğuldur”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat qeyd edib ki, Azərbaycan tərəfi bu təxribatların hər birinin qarşısını qətiyyətlə alır: "Son zamanlar Laçın yolunun alternativi olan, dağların arası ilə keçən Xankəndi-Xəlfəli-Turşsu yolunda gecənin qaranlığında, dumanlı vaxtlarda oradan hərbi sursat, insanlar keçirilməsi, hətta müvəqqəti yerləşdirilmiş rus sülhməramlılarının da biz burada dəstəyini görürük. Bu, çox təəssüf doğurur. Çünki bu, onların missiyası deyil, əksinə qarşısını almalı olduqlarını, baş verməməsi üçün orada olduqlarını yəqin ki, unudublar. Onlar hazırda Azərbaycan xalqı tərəfindən özlərinə qarşı çox böyük etimatsızlıq qazanırlar. Bu da hər gün artmaqdadır. Bu gün həmin bölgələrdə baş verən bütün neqativ hadisələrə həm Ermənistan hərbi-siyasi rəhbərlərliyi, həm də Rusiya sülhməramlıları da məsuliyyət daşıyır. Çünki 10 Noyabr Bəyanatından irəli gələn məsələlərin həll olunması üçün sülhməramlılar məsuldurlar. Hazırda konkret iki bəndin icra olunmamasının məsuliyyətini Ermənistanla bərabər onlar da daşıyırlar”.

Deputat qeyd edib ki, Ermənistan növbəti dəfə mat vəziyyətinə düşdü:

"Azərbaycan bir neçə dəfə onları təxribatlardan çəkinməyə çağırdı. Artıq konkret olaraq Azərbaycan yenidən Ali Baş Komandanın tapşırığı ilə qətiyyətli addım ataraq həmin bölgədə möhkəmləndi və dediyimiz həmin alternativ yollardan da qanunsuz keçidin qarşısı alındı və Ermənistan növbəti dəfə mat vəziyyətinə düşdü. Amma buna qədər Rəsmi Bakı dəfələrlə Ermənistanı və Qarabağda olan cinayətkar tör-töküntüləri və yaraqlılarına oradan çıxıb getməli olduqlarını bildirmişdi”. 

Vüqar İskəndərov bildirib ki, son zamanlar erməni təxribatlarının qarşısının alınması və son əməliyyat bir daha Ermənistanı yaxşı düşündürməlidir: "Ermənistanın siyasi-hərbi rəhbərliyi anlamalıdır ki, onların bu gün törətdiyi təxribatların hər birinin kəskin cavabı veriləcək. Çünki Azərbaycan beynəlxalq hüquqla hərəkət edir. Azərbaycan öz suveren ərazisində nəyin necə olmasını özü müəyyənləşdirir. Hər hansısa hadisəyə görə məsuliyyəti Ermənistan hərbi-siyasi rəhbərliyi, Qarabağda hələ də mövcud olan daşnaqlar, cinayəkarlar daşıyır. İndiki halda onlara göz yuman Rusiya sülhməramlıları da eyni məsuliyyəti daşıyır”.

Aydın Nuri
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Türkiyə XİN: Qafqazla bağlı gözlədiyimiz nəticə çox önəmlidir
23:58 14.03.2025
Türkiyə XİN: Qafqazla bağlı gözlədiyimiz nəticə çox önəmlidir
“Qalatasaray" "Antalyaspor"u böyük hesabla məğlub edib
23:53 14.03.2025
“Qalatasaray" "Antalyaspor"u böyük hesabla məğlub edib
Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər
23:39 14.03.2025
Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında qızıl medal qazanıb
23:20 14.03.2025
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında qızıl medal qazanıb
Zelenski: Ukrayna ordusu Kursk əməliyyatı ilə öz vəzifəsini yerinə yetirib
23:01 14.03.2025
Zelenski: Ukrayna ordusu Kursk əməliyyatı ilə öz vəzifəsini yerinə yetirib
Britaniya Azərbaycanla Ermənistanı sülh sazişini imzalamağa çağırıb
22:50 14.03.2025
Britaniya Azərbaycanla Ermənistanı sülh sazişini imzalamağa çağırıb
Milli Qəhrəmanın atası vəfat etdi
22:29 14.03.2025
Milli Qəhrəmanın atası vəfat etdi
İtaliya Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yekunlaşmasını alqışlayır
22:07 14.03.2025
İtaliya Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yekunlaşmasını alqışlayır
Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər
22:00 14.03.2025
Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər
G7 Ukrayna ilə atəşkəsdən imtina halında Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini müzakirə edib
21:53 14.03.2025
G7 Ukrayna ilə atəşkəsdən imtina halında Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini müzakirə edib
Bəşir Süleymanlı ilə birgə saxlanılan Altay Məmmədzadə həbs edilib.
21:44 14.03.2025
Bəşir Süleymanlı ilə birgə saxlanılan Altay Məmmədzadə həbs edilib.
Sumqayıtda sərnişin avtobusu piyadanı vuraraq öldürüb
21:39 14.03.2025
Sumqayıtda sərnişin avtobusu piyadanı vuraraq öldürüb
Baş nazirin müavini: Mineral resurslarla bağlı saziş üzrə danışıqlar başa çatıb, Ukrayna imzalanma tarixini gözləyir
21:34 14.03.2025
Baş nazirin müavini: Mineral resurslarla bağlı saziş üzrə danışıqlar başa çatıb, Ukrayna imzalanma tarixini gözləyir
BMT: Azərbaycan - Ermənistan arasında müzakirələri alqışlayırıq
21:26 14.03.2025
BMT: Azərbaycan - Ermənistan arasında müzakirələri alqışlayırıq
Putin Kurskdakı ukraynalı hərbçilərə təslim olmağı təklif edib
21:11 14.03.2025
Putin Kurskdakı ukraynalı hərbçilərə təslim olmağı təklif edib
Bəşir Süleymanlı həbs edildi
21:06 14.03.2025
Bəşir Süleymanlı həbs edildi