Əsəd: ‘Ölərəmsə, bu iki ölkəni vurun’

Əsəd: ‘Ölərəmsə, bu iki ölkəni vurun’
DÜNYA
15:17 16.01.2013
3019

Suriya prezidenti generallarına tapşırıq verib

Suriya prezidemti Bəşər Əsərin generalları ilə müzakirə etdiyi gizli danışıqlar mətbuata yayılıb. İsrailin “İnyan Merkazi” saytının yazdığına görə, guya Əsəd öləcəyi təqdirdə vurulacaq 2 ölkənin adını açıqlayıb. Yəhudi saytında yazılanlara görə, Suriya dövlət başçısı “Əgər məni müxalifətin bombaları və ya Müammar Qəddafi kimi hansısa axmaq öldürərsə, onda İsrail və Misiri vurun” deyib. “Əl Vətən” qəzeti isə Əsədin yaxın çevrəsinə istinadla yazmışdı ki, hər nə olursa, olsun gəmisini tərk edən kapitan olmayacağam. BBC-yə danışan Suriya xarici işlər nazirinin köməkçisi Faysal Mikdat Əsədin 2014-cü ildəki seçkilərdə iştirakı üçün heç bir əngəlin olmadığını demişdi: “Bu, onun ən təbii haqqıdır”.

OXŞAR XƏBƏRLƏR