Məzuniyyətə gələn əsgər atasını öldürüb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Ordunun Ünye rayonunda əsgərlikdən məzuniyyətinə gələn Emirhan G mübahisə etdiyi atası Adem, anası Adilə və bacısı Gizem G-ni bıçaqlayıb.
İddialara görə, psixoloji problemləri olan və əsgərlikdən məzuniyyətə gələn Emirhan G naməlum səbəbdən ailəsi ilə mübahisə edib.
Mübahisə böyüdükcə Emirhan G mətbəxdən götürdüyü bıçaqla atası Adem G-ni, daha sonra anası Adilə və bacısı Gizem G-ni bıçaqlayıb. Hadisə yerinə polis və tibb işçiləri göndərilib.
Bütün müdaxilələrə baxmayaraq Adem G dünyasını dəyişib. Ana və qızın müalicəsi davam edir. Emirhan G nəzarətə alınıb.
Ayşən