Keniya ordusunun mətbuat katibi xalqa müraciət edərək onları yaraqlılara eşşək satmamağa çağırıb. Kapitan Emmanuel Çirçir müraciətini sosial şəbəkə saytı "Twitter" vasitəsilə həyata keçirib. “Keniya – Somali sərhəddində eşşək ticarəti ilə məşğul olanlar heyvanlarını “Əş-Şəbab” (Gənclər – “Əl Qaidə” terror təşkilatının bölgədəki nümayəndəliyi) silahlılarına satmasınlar. “Əş-Şəbab”a eşşək satmaq Somalidəki səylərimizə mane olur”. Ordu sözçüsü həmçinin sərhəddə eşşəklərin kütləvi hərəkətinin “Əş-Şəbab”ın fəaliyyəti kimi dəyərləndiriləcəyini deyib.