Estoniyanın Moskvadakı müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb

Estoniyanın Moskvadakı müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb
DÜNYA
19:59 02.02.2024
188
Estoniyanın Moskvadakı müvəqqəti işlər vəkili Yana Vanamelder Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Bunu Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova bildirib.

Məlumata görə, Yana Vanamelder Estoniyada sovet əsgərlərinin qalıqlarını qohumlarının razılığı olmadan Tallin Hərbi Qəbiristanlığında yenidən basdırmaq planlarına etiraz etmək üçün nazirliyə çağırılıb.

Bildirilib ki, Estoniya hakimiyyətinin "yenidən basdırmaq" planı ilə bağlı ona etiraz çatdırılıb.
 
///Report
OXŞAR XƏBƏRLƏR