“Eurovision-2012”yə etiraz edənlərə prokuror cəza istəyib

“Eurovision-2012”yə etiraz edənlərə prokuror cəza istəyib
KRİMİNAL
18:00 31.10.2013
2212

Bakı Ağır Cinayətlər Məhkəməsində “Azad Xəbər” internet qəzetinin baş redaktoru Nicat Əliyev, Elvin Nəzərov, Ceyhun Səfərli, Qorxmaz Camalov, Samir Hüseynov, Emin Tofiqi, Temirxan Hüseynov və digərlərinin məhkəməsi keçirilib.

AZXEBER.COM-un məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə çıxış edən dövlət ittihamçısı Nicat Əliyev və Elvin Nəzərovun 10 il, digər təqsirləndirilənlərin isə 8 ilədək azadlıqdan məhrum edilmələrini xahiş edib.İttihama görə, təqsirləndirilən şəxslər ötən ilin aprel-may aylarında Bakıda və Sumqayıtda “Eurovision-2012” mahnı müsabiqəsinin keçirilməsinə etiraz olaraq dini ədəbiyyatları əldə edərək təhrif olunmuş formada ictimai yerlərdə yaymağa başlayıblar.Onlar həmin il mayın 18-də Bakı şəhərində yerləşən “Dadaş” məscidində “Eurovision-2012” mahnı müsabiqəsinin keçirilməsinə etirazla bağlı plan da hazırlayıblar.

OXŞAR XƏBƏRLƏR