İsveçin rəsmi yayım qurumu (STV) “Eurovision – 2016” iştirakçılarının səhnəyə çıxış sıralarını açıqlayıb.
AZXEBER.COM qurumun rəsmi saytına istinadən xəbər verir ki, sıralama ev sahibi İsveç tərəfindən müəyyənləşdirilib.
Bu məqamda qeyd edək ki, mahnı müsabiqəsində sıralama 2013-cü ilə kimi püşkatma yolu ilə təyin olunurdu.
Sıralamada Azərbaycan təmsilçisi Səmra Rəhimli 1-ci yarımfinalın ikinci hissəsində, 14-cü sırada çıxış edəcək.
“Eurovision” mahnı müsabiqəsinin prodüseri Christer Björkman mövzuyla bağlı açıqlama verib:
“Səhnədə 3 dəqiqə ərzində müğənni əla çıxış etməlidir. Artıq 3 ildir ki, səhnədə çıxışçıların sıralanması ev sahibi olan ölkənin üzərinə düşür. İfaçıların səhnəyə çıxışını sıralayarkən mahnılara da diqqəıt etmişik. Lirik və ritmik mahnıları qataraq rəngarənglik etməyə çalışmışıq”.