Bu gün Ay bütün günü Xərçəng bürcündə səyahət edəcək.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, məşhur astroloq Dinçer Güner bürclərlə bağlı şərh verib:
"Emosiyaların ən sıx yaşana biləcəyi dövrlərdir. Aid olma ehtiyacımız artır, keçmişə həsrət artır, köhnə mövzular tez-tez gündəmə gələ bilər.
Milliyyətçilik hissləri yüksəlir. Yarımçıq işlərlə məşğul olub, tamamlamaq üçün ən yaxşı günlərdən biridir.
Ailə ilə bağlı vacib məsələlərin həlli, onlara aydınlıq gətirilməsi, ailədən qurtulmaq üçün ən yaxşı günlərdən biridir.İstirahət etmək və barışmaq üçün əlverişli gündür. Evdə təmir işləri apara bilərsiniz. Sağlamlığınıza ciddi diqqət göstərin.
Ev almaq, satmaq, kirayə vermək və s. ilə məşğul olmaq üçün əlverişli gündür.
Ay Xərçəng bürcündə olduğu zaman ana olmaq, sevdiklərimizə qulluq etmək, uşaqları yedizdirmək, onlara qulluq etmək kimi mövzulara marağımız arta bilir.
Ekstrovertdən daha çox introvert olmaq istəyə bilərsiniz. Özünüzü rahat hiss etdiyiniz, tanış olduğunuz və başınıza gələcəklərindən əmin olduğunuz yerlərin, məkanların və tanışların yanında olmaq daha ağıllı fikir olacaq.
Hamam, mətbəx və yataq otağınız üçün bəzək məhsulları ala, evinizi səliqəyə sala bilərsiniz”.
Oksana