Eva Qrinin "Wednesday" filminin üçüncü mövsümündə rol alacağı təsdiqləndi

Eva Qrinin "Wednesday" filminin üçüncü mövsümündə rol alacağı təsdiqləndi
MAQAZİN
11:56 27.11.2025
102
Aktrisa Eva Qrinin "Wednesday" filminin üçüncü mövsümündə rol alacağı ilə bağlı çıxan xəbərlər öz təsdiqini tapıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verirki, aktrisa "Mortisiya Addams"ın bacısı "Ofeliya Frump"u canlandıracaq.
 
Serialın yaradıcıları ikinci mövsümün sonunda Eva Qrinin personajını arxa fondan göstərərək onun kimliyini sirrli saxlamışdılar.

Qeyd edək ki, serial, Qrinin "Qaranlıq Kölgələr", "Dumbo" və "Miss Pereqrinin Xüsusi Uşaqlar Evi" filmlərindən sonra rejissor Tim Bertonla dördüncü əməkdaşlığıdır.
 
Aysel
OXŞAR XƏBƏRLƏR