Evlənməzdən öncə bunları mütləq edin - SİYAHI

MARAQLI
01:45 30.06.2013
4262

Ailə qurmağa hazırlaşanlara 10 vacib məsləhət.

“Amerikanın "Huffington Post" agentliyi evlənməyə hazırlaşanlara məsləhətlər təqdim edib. Məsləhətləri Markus Geduld məqaləsində yazıb.

AZXEBER.COM Anspress-ə istinadən bu məsləhətləri təqdim edir. 1. Yalqız və bədbin olsanız belə, xoşbəxt olmayacağınız bir münasibətin bundan daha pis olaacağını unutmayın. Əgər aranızda problemlər varsa, sırf yalqız qalmamaq üçün bunların üstünü ört-basdır edib, onlar yoxmuş kimi davranmayın. 2. Biri ilə evlənmədən öncə onunla yaxşı dost olduğuza əmin olur. Sonradan dost olacağınıza ümid edərək evliliyə addım atmayın. 3. Böyük bir addım atmadan öncə iqtisadi, uşaq, dostlar, içki, qumar, valideynlər, inanc kimi bir çox məsələlər barəsində fikir mübadiləsi aparın. 4. Haqqında danışmaq istəmədiyiniz cinsi problem varsa, onu mütləq danışaraq həll edin. Sonradan bu böyük problemlərə səbəb ola bilər. 5. Evlənməmişdən öncə eyni evi paylaşma barəsində müzakirələr aparın. 6. Bunu düşünün - əriniz və ya arvadınız toydan sonra ağır xəstəlik keçirdi, qəzaya düşdü və əlil oldu. Siz onunla maraqlanmaq, ona baxmağa məcbursunuz. Bunu edə biləcəksinizmi? 7. Evlənməmişdən öncə azı 1 il hər şey haqqında danışın ki, toydan sonra "sən belə deyildin"," Niyə dəyişdin" kimi tənqidlərlə üz üzəqalmayasız. 8. Ehtiyacınız varsa, professional psixoloq yardımı almaqdan çəkinməyin. 9. Birlikdə uzun müddətli bir iş görüb-görə bilməyəcəyinizi yoxlayın. Bunu hər hansı layihə üzərində bərabər işləyərək sınaya bilərsiz. 10. Bir-birinizə uyğunsuz? Qarşı tərəfin hərəkətləri sizi qıcıqlandırmır ki? Onun sizi qıcıqlandıran xüsusiyyətini dəyişə biləcəyinizi qabağınıza məqsəd qoyaraq evlənməyin.

OXŞAR XƏBƏRLƏR