Quldurluq etdiyi üçün məhkum olunmuş şəxs 22 kq narkotiklə saxlanıldı

Quldurluq etdiyi üçün məhkum olunmuş şəxs 22 kq narkotiklə saxlanıldı
KRİMİNAL
12:29 05.12.2025
183
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı  külli miqdarda narkotik vasitənin Abşeron rayonunda qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.
 
AZXEBER.COM xəbər veirr ki, əməliyyat zamanı əvvəllər quldurluq cinayətinə görə məhkum olunmuş 37 yaşlı Etibar Həsənov saxlanılıb. Ondan 22 kq tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb. Araşdırma zamanı saxlanılan şəxsin ölkə ərazisində narkotiklərin satışını və qanunsuz dövriyyəsini təşkil etdiyi müəyyən edilib. 

Faktla bağlı cinayət işi başlanılıb. E.Həsənov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri 
seçilib.

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir.
 

OXŞAR XƏBƏRLƏR