'Facebook'da yazışdığına görə nişanlısının başını kəsdi

DÜNYA
15:05 09.01.2013
4400
İngiltərədə nişanlısının sabiq sevgilisi ilə sosial şəbəkədə söhbətləşdiyini öyrənən gənc çılğına dönüb və qızı qətlə yetirib.
Dəhşətli cinayət Britaniyanın Uels bölgəsindəki Brekon şəhərində törədilib.21 yaşlı Rebekka Uilyams 22 yaşlı nişanlısı Layam Consla bütün münasibətləri kəsmişdi.
Layam nə qədər məktub yollasa da, zəng vursa da, Rebekka cavab vermirdi.Bir qədər sonra isə Layam nişanlısının sabiq sevgilisi Qeri Tompsonla Facebook-da söhbətləşdiyini, sürəkli yazışdığını və danışdığını öyrənib.
Rebekkanın evinə yollanan Layam qızı əvvəlcə döyüb, sonra isə ona 10 bıçaq zərbəsi vurub. Bununla da ürəyi soyumayan Layam nişanlısının başını kəsib.
Rebekkanın valideynlərinin dediyinə görə, qızları ötən ay nişanlısı ilə münasibətləri kəsdiyini deyib."Rebekka ona SMS yollayaraq yazmışdı: "Artıq nişanlı olduğumuzu sanmıram. Üzüyü də qaytaracağam. Əlvida". Bu SMS Layamı dəli edibmiş", - Rebekkanın valideynləri deyiblər.
Bir həftə sonra Layam və Rebekkanın toyu olmalıydı.
Merthyr Tydfil Crown Court məhkəməsində Layamın prosesi başa çatıb. Hakimin qərarı ilə o, 13 il müddətinə azadlıqdan məhrum olunub. /// milli.az

OXŞAR XƏBƏRLƏR