Dünyanın ən populyar sosial şəbəkəsi Facebook-un istifadəçiləri "Timeline"a yazdıqları məlumatları şəbəkənin axtarış sistemindən silə bilməyəcəklər.
Bu minvalla Facebook-un bütün istifadəçiləri barədə "açıq" məlumatları hər kəs görə biləcək.
İstifadəçi özü ilə bağlı məlumatları axtarış üçün yalnız bir yolla bağlaya bilər: bunun üçün məlumatı gizləməyə çalışdığınız konkret istifadəçini "blok" etmək gərəkdir.
Bütün bunlar Facebook-un "Timeline"ında ümumi konfidensiallıq qurğularının ləğv edilməsi deməkdir.
(milli.az)