Azərbaycanın xalq artisti Faiq Ağayev hər kəsi təəccübləndirib.AZXEBER.COM-un məlumatına görə, xalq artisti haqqında heç vaxt danışmadığı oğlu barədə sosial şəbəkədə yazı paylaşıb. Övladının 25 yaşını təbrik edən F. Ağayev ondan uzaqda olduğunu bildirib:"04:05-də dünyaya göz açdın. Anlamırdım. Vur-tut 17 yaşım var idi. Qəfildən yağış yağdı, 5 dəqiqəlik. Bax nədənsə o yadımda qaldı. Bu gün başqayam. İgid, yaraşıqlı, istedadlı, ər oğlum – 25 yaşın mübarək. Yaxınsan, uzaqlardayam”- sözlərini bildirib.