Faiq Ağayev: 'Mən heç kəsə vəzifəsinə görə hörmət etmirəm' - FOTOLAR

MAQAZİN
16:25 21.12.2012
2095

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində(BMM) Azərbaycanın xalq artisti Faiq Ağayev 4 gün baş tutacaq konserti öncəsi jurnalistlərlə görüşdü. AZXEBER.COM-un məlumatına görə, 1 saat davam edən mətbuat konfransında ona ünvanlanan bütün suallara səmimi cavab verən xalq artisti, maraqlı fikirləri ilə də diqqət çəkdi. Şəhərin bir çox hissələrində vurulan konsertin afişaları üçün səbəbkarlara təşəkkür edən Faiq Ağayev, metropoliten rəhbərliyinə də öz minnətdarlığını bildirdi. Konsertə xüsusi olaraq kimləri dəvət etmisiniz sualına isə, xalq artisti “Mən heç kəsə vəzifəsinə görə hörmət etmirəm. İnsanlığına, dostluğuna görə hörmət edirəm. Məncə ən düzgüzü də elə budur” deyə cavab verdi. “Xüsusi olaraq heç kəsi dəvət etməmişəm. Bu konsertimin də özəlliklərindən biri məhz budur. Kimlər özləri mənə gəlmək istədiklərini desələr, onları canla-başla konsertimdə görmək istərəm” deyərək söhbətinə davam etdi. Sonda xalq artisti “Əlvida” mahnısına çəkilən yeni klipini də nümayiş etdirdi. Qeyd edək ki, Faiq Ağayev 27, 28, 29 və 30-da Heydər Əliyev adına Respublika Sarayında “Vida” adlı konserti ilə pərəstişkarlarını sevindirəcək.Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR