Faiq Ağayevin 4 günlük konserti start götürür

MAQAZİN
15:14 27.12.2012
1674

Xalq artisti Faiq Ağayevin Heydər Əliyev Sarayında verəcəyi “F.A VİDA” adlı 4 günlük solo konserti bu gün start götürür.AZXEBER.COM-un məlumatına görə, səhnənin qeyri-adilliklərlə zəngin olacağına söz verən Faiq Ağayev konsertin başlama vaxtında da ənənəni pozub.

O, qış vaxtını nəzərə alaraq bu vaxtı 18:00-a təyin edib.Qeyd edək ki, xalq artistinin 5 illik fasilədən sonra yaradıcılığının 25 illiyi ilə əlaqədar verəcəyi konsert proqramına misli görünməmiş reklam kompaniyası keçirilib.Konsertdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də iştirak edəcək. Biletlər olduqca münasib, heç bir azərbaycanlı müğənninin konsertlərində görünməyən qiymətə – 10-60 manata satılıb. Biletlərin münasib qiymətə olmasına baxmayaraq konsertin 4 günlük və büdcəsinin 250 min manat olması da Azərbaycan müğənniləri arasında rekorda imza atdırıb.Populyar müğənninin konsertdə istifadə olunacaq dekorasiya və hər mahnıya uyğun olaraq veriləcək işıq sistemi Türkiyədə hazırlanıb.Xatırladaq ki, “F.A VİDA”nın ideya müəllifi Anar Əsgər, bədii rəhbəri Yaşar Baxış, musiqi rəhbəri isə Rüstəm Zeynallıdır. Konsertdə Faiq Ağayevi “Spider” şou-baleti və xüsusi dəvət olunmuş rəqqaslar müşayiət edəcək. Konsert 4 hissədən ibarət olacaq.Onu da bildirək ki, Faiq Ağayev konsertin niyə məhz “F.A VİDA” adlandırılmasıyla bağlı artıq insanlarda yaranan müxtəlif fikirlərə də bu gün 25-ci mahnıdan əvvəl aydınlıq gətiriləcək.

OXŞAR XƏBƏRLƏR