Falla "iş düzəldən" qadın məhkəmədə həbs edildi

Falla "iş düzəldən" qadın məhkəmədə həbs edildi
SOSİAL
11:50 20.02.2017
794

 

Bakıda vətəndaşların falına baxaraq onları işə düzəldəcəyini vəd edərək dələduzluq etməkdə təqsirləndirilən Esmira Muradovanın cinayət işi üzrə məhkəmə başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən E.Muradova 7 il müddətinə azadlıqdan məhrum edilib. Ev dustaqlığında olan E.Muradova məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, Esmira Muradova Bakıda bir neçə nəfərə qarşı dələduzluq etməkdə təqsirli bilinir. O, Bakı sakinlərini fala baxmaq və işə düzəltmək adı ilə aldadaraq pullarını ələ keçirməkdə təqsirləndirilir. Ona Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib.

///Lent.az
OXŞAR XƏBƏRLƏR