Ötən həftə infarkt keçirərək reanimasiyaya yerləşdirilən və intubasiya edilən müğənni Fatih Ürekdən xəbər var.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənninin yaxın dostu, müğənni Semiha Yankı onun səhhəti haqda son vəziyyəti açıqlayıb.
Yankı Ürekin hələ də oyanmadığını bildirib:
"Fateh, canim, oyan artıq, nə olar. Sənə yalvarıram. İndi sənsiz qala bilmərəm, daha çox işimiz var. Bir-birimizə söz vermişdik ki, birlikdə qocalacağıq. Gəl dostum, nə olar artıq oyan".
Aysel