“Fəlakət”ə ev verilməsi xəbəri yalan çıxdı

MƏDƏNİYYƏT
12:41 10.06.2014
3633
Dünən Modern.az saytı ATV-nin “Bozbaş Pictures” serialının “Fəlakət” obrazı ilə tanınan aktyoru Elşən Orucova ölkə başçısı tərəfindən mənzil verilməsi haqda xəbər yayıb.
AZXEBER.COM xəbər verir ki, bununla bağlı modern.az saytı bu haqda təkzib verib. Sayt bəyan edir ki, bu xəbərin hazırlanması və yayılması zamanı kobud səhvə yol verib, KİV haqqında qanunun tələblərini, peşəkar jurnalist qaydalarını ciddi şəkildə pozub. Xəbər hazırlanarkən onu təsdiq edən faktlar yazıda göstərilməyib. Həmin xəbəri hazırlayan saytın müxbiri bununla əlaqədar aktyorun özü ilə əlaqə də saxlayıb. Qarşı tərəf isə məlumatı təsdiqləməsə də, inkar da etməyib. Aktyor sualı “bu haqda danışmaq istəmirəm” deyərək cavablandırıb.
Xəbər saytda yayımlanandan sonra əməkdaşımız bu məsələylə əlaqədar digər müvafiq qurumlarla da əlaqə saxlayıb və məlum olub ki, əslində aktyor Elşən Orucovun bilərəkdən danışmaq istəmədyi məsələ həqiqət deyilmiş, adı çəkilən serialın “qəhrəmanı” nə ölkə başçısının iştirak etdiyi qeyri-rəsmi tədbirdə olub, nə də ondan mənzil istəyib.
Modern.az saytının rəhbərliyi hesab edir ki, ölkə başçısının adının hallandırıldığı belə yanlış xəbərin yayımlanması həm əməkdaşımızın, həm də xəbərə münasibət bildirən aktyorun, həm də redaksiya heyətnin kobud səhvi üzündən baş verib. Bu səhvə görə Modern.az saytı oxuculardan üzr istəyir.
Baş vermiş bu xoşagəlməz hadisəni son illər ölkədə təşəkkül tapan internet medianın xaotik informasiya təminatının bir fəsadı hesab edirik. Modern.az həmişə öz işində KİV-də peşəkarlıq priniplərini əsas tutub və yayımladığı xəbərlərdə faktlara əsaslanan məlumatlara istinad edib. İnternet saytı bundan sonra da bu prisinsplərə sadiq olacağını bəyan edir.
Modern.az bir daha baş vermiş bu kobud səhvə görə oxuculardan üzr istəyir. Bu yanlışlığın məsuliyyətini redaksiya kollektivinin daşıdığını bildirir. Xəbəri hazırlayan jurnalist və buna məsul redaktor sərt şəkildə cəzalandırılıb.

OXŞAR XƏBƏRLƏR