Fələstin prezidenti: Qəzzanın İordan çayının qərb sahilindən ayrılmasına icazə verməyəcəyik

Fələstin prezidenti: Qəzzanın İordan çayının qərb sahilindən ayrılmasına icazə verməyəcəyik
DÜNYA
11:17 01.02.2024
123
Fələstin Prezidenti Mahmud Abbas bildirib ki, onlar Qəzza zolağının İordan çayının qərb sahilindən ayrılmasına və ya onun bir hissəsinin parçalanmasına imkan verməyəcəklər.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Fələstin xəbər agentliyi WAFA-nın məlumatına görə, Ramallahdakı Prezidentlik Mərkəzində Fəth Hərəkatı Mərkəzi Komitəsinin üzvləri ilə görüşdüyü toplantıda Mahmud Abbas Qəzza ilə bağlı son inkişaflar və İsrail Baş naziri Binyamin Netanyahunun planı ilə bağlı açıqlamalar verib. 

"Biz Qəzzanı İordan çayının qərb sahilindən ayırmaq planına icazə verməyəcəyik”, - deyən Mahmud Abbas bildirib:
 
"Bizim mövqeyimiz aydındır, tələblərimiz dərhal atəşkəs, İsrail qüvvələrinin Qəzza zolağından bütünlüklə çıxarılması, Qəzza zolağına humanitar yardımın daxil olmasının sürətləndirilməsi və hər hansı fələstinlinin öz torpaqlarından çıxarılmasının qarşısının alınmasıdır”.

Ayşən
OXŞAR XƏBƏRLƏR