"Fənərbağça" Çempionlar Liqasında pley-off mərhələsinə adlayıb

"Fənərbağça" Çempionlar Liqasında pley-off mərhələsinə adlayıb
İDMAN
23:11 12.08.2025
620
Türkiyənin "Fənərbağça” klubu UEFA Çempionlar Liqasında pley-off mərhələsinə vəsiqə qazanıb.

İstanbul təmsilçisi buna III təsnifat mərhələsinin cavab oyununda Niderlandın "Feyenoord” kollektivinə qalib gəlməklə (5:2) nail olub.

Səfərdə rəqibinə 1:2 hesabı ilə uduzan komanda növbəti raunda yüksəlib.

"Fənərbağça” pley-offda "Benfika” (Portuqaliya) - "Nitsa” (Fransa” cütünün qalibi ilə görüşəcək. Fransadakı ilk qarşılaşmada qonaqlar iki cavabsız qolla qalib gəlib.
 
/report
OXŞAR XƏBƏRLƏR