“Fənərbaxça” “Qalatasarayla” xal fərqini 2-yə endirdi – VİDEO

İDMAN
16:09 30.01.2012
1730

Türkiyə Super Liqasında 23-cü həftə oyununda "Fənərbaxça" ilə "Mersin İY" qarşı-qarşıya gəlib.

Şükrü Saracoğlu stadiyonunda baş tutan qarşılaşmada "Fənərbaxça" rəqibini 2-1 hesabı ilə məğlub edib.

Bu qələbədən sonra "Fənərbaxça" lider "Qalatasaray"la fərqini 2 xala endirib. "Fənərbaxça"ya qalibiyyəti gətirən qolları 8-ci dəqiqədə Henri Bienvenu və 39-cu dəqiqədə Miroslav Stok vurub. "Mersin İY"-nun tək qoluna isə 57-ci dəqiqədə Nduka Ozokwodan imza atıb.

Qeyd edək ki, bu qələbəylə yanaşı "Fənərbaxça" Super Liqa tarixində ilk 1000-ci qalibiyyətə çatan komanda oldu.

Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR