Dünən axşam futbol üzrə Türkiyə Kubokunun daha bir yarımfinal qarşılaşması keçirilib.
"Bakı"nın keçmiş baş məşqçisi olan Bülent Korkmazın hazırkı komandası "Karabükspor"la qarşılaşan "Fənərbaxça" rəqibini 2 cavabsız qol ilə məğlub edərək Türkiyə Kubokunun finalına yüksəlib. 28 ildir ki, Türkiyə Kubokunu qazana bilməyən "sarı lacivərtlilər", finalda "Bursaspor"la qarşılaşacaqlar.