Fərid Qayıbov və Azərbaycanın Fransadakı səfiri “Qarabağ”ın futbolçuları ilə görüşdü

Fərid Qayıbov və Azərbaycanın Fransadakı səfiri “Qarabağ”ın futbolçuları ilə görüşdü
İDMAN
23:37 17.02.2022
430
Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev "Qarabağ”ın futbolçuları ilə görüşüb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, səfir "Olimpik" Marsellə oyun öncəsi "Qarabağ" futbol klubuna uğurlar arzulayıb.

"Komandamıza inanır, meydanda dəstəkləyirik. Fransada yaşayan Azərbaycan icması da "Qarabağ"ımızın yanındadır", - diplomat bildirib.

Görüşdə gənclər və idman naziri Fərid Qayıbov da iştirak edib. Qeyd edək ki, "Velodrom”da keçiriləcək görüş matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bu komandalar arasında cavab oyunu isə fevralın 24-də təşkil olunacaq.
OXŞAR XƏBƏRLƏR