AFFA-nın prezidenti Rövnəq Abdullayev FİFA-nın prezidenti Yozef Blatterlə görüşüb. Fanat.az xəbər verir ki, görüş Rusiyanın Sankt-Peterburq şəhərində baş tutub.Rövnəq Abdullayev bu il Bakıda keçiriləcək FİFA U-17 qadınlararası Dünya çempionatına hazırlıqlarla bağlı FİFA prezidentinə məlumat verib. Blattter hazırlıq işlərindən razı qalıböDaha sonra AFFA-nın prezidenti onu dünya çempionatının açılış mərasiminə dəvət edib. Abdullayevin dəvətini qəbul edən beynəlxalq futbol qurumunun rəhbəri bu il sentyabrın 22-də Azərbaycana səfər etməyi nəzərdə tutduğunu bildirib.Görüşdə AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak edirib.