“Fikir” Platforması hesabat verdi - FOTOLAR

“Fikir” Platforması hesabat verdi - FOTOLAR
SOSİAL
23:28 22.03.2021
548
"İslahatçı Gənclər” İctimai Birliyinin Azərbaycan Gənclər Fondunun dəstəyi ilə reallaşdırdığı "Fikir” İnformasiya Platforması layihəsi ilə bağlı hesabat toplantısı keçirilib. Toplantıda çıxış edən "İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı bildirib ki, "Fikir” platformasının yaradılmasında məqsəd gəncləri maraqlandıran və narahat edən mövzuları gündəmə gətirmək, mövzular ətrafında ictimai müzakirələr təşkil etmək və həllinə nail olmaq üçün çalışmaqdır.

F.Şahbazlı deyib ki, layihənin icrası dövrü Qarabağda qazandığımız tarixi zəfər dövrünə təsadüf edib: "Bu baxımdan layihə çərçivəsində əsas prioritetimiz şəhid, qazi və Vətən Müharibəsi iştirakçılarının həyat və döyüş yolunu cəmiyyətdə təbliğ etmək, eyni zamanda onların qarşılaşdıqları problemlərin həlli üçün çalışmaq olub. Bu məqsədlə layihə çərçivəsində 20 şəhid ailəsi, qazi və Vətən Müharibəsi iştirakçısı ziyarət olunub və barələrində geniş reportajlar hazırlanıb. Platforma onların problemlərinin həlli üçün vasitəçilik missiyasını həyata keçirib.

Bundan başqa Gəncə şəhərinə səfər təşkil edilərək, erməni terrorundan zərər görmüş ərazilər ziyarət olunub, ailələrə baş çəkilib”.

F.Şahbazlı qeyd edib ki, layihə çərçivəsində gənclərin təhsil, səhiyyə, idman, mədəniyyət, məşğulluq problemləri, fərdi inkişaf, sahibkarlıq fəaliyyəti ilə bağlı ətraflı müzakirələr təşkil olunub: "Bu müzakirələrdə Milli Məclisin deputatları, universitet rektorları, siyasi partiya rəhbərləri, iş adamları, gənclər təşkilatlarının rəhbərləri və media mənsubları iştirak edib. Platformamız xüsusilə pandemiya dövründə tələbələrin təhsil haqqı, işsizlik, imtahanlar zamanı qarşılaşdığı problemləri ictimailəşdirərək gündəmə gətirib. Bir sözlə biz bu dövr ərzində gənclərin tribunası olmağa çalışmışıq”.

İGİB sədrinin sözlərinə görə, layihə müddətində Vətən Müharibəsi qaziləri və iştirakçıları ilə mütəmadi görüşlər keçirilib və göstərdikləri döyüş şücayətinə görə təltif olunublar: "Bundan başqa bu müddət ərzində platforma tərəfindən tərəfdaş təşkilatlarla birlikdə gəncləri maraqlandıran beş vebinar gerçəkləşib. Bu vebinarlara yerli mütəxəssislərlə yanaşı, yerli ekspertlər də cəlb olunub.

Ümumilikdə, layihə müddətində gəncləri narahat edən və maraqlandıran mövzularla bağlı 40 videomaterial hazırlanıb. Bu materiallara ölkənin nüfuzlu KİV-ləri, sosial media səhifələri istinad edib. Hazırladığımız video materiallara ümumi baxış sayı yarım milyonu keçib”.

Toplantıda çıxış edən "Fikir” İnformasiya Platforması Ekspert Şurasının rəhbəri, Azxeber.com İnformasiya Portalının Baş redaktoru Hacıbəy Heydərli, üzvləri Cavid Zeynalov, Gülnarə Abbasova, Nəzərbəy Hacıağayev platformanın fəaliyyəti haqqında fikirlərini bölüşərək, təqdir ediblər. Ekspertlər layihənin davamlılığının zəruriliyinə diqqət çəkiblər.
 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
00:25 29.06.2025
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
Xamenei və onun Azərbaycanla müharibəsi
00:14 29.06.2025
Xamenei və onun Azərbaycanla müharibəsi
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
23:59 28.06.2025
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
23:50 28.06.2025
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
23:34 28.06.2025
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
23:27 28.06.2025
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
 Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
23:20 28.06.2025
Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
“Bu, çökən imperiyanın refleksidir”
23:15 28.06.2025
“Bu, çökən imperiyanın refleksidir”
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
23:11 28.06.2025
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
23:01 28.06.2025
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
22:56 28.06.2025
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
22:47 28.06.2025
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
22:41 28.06.2025
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
22:31 28.06.2025
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
22:05 28.06.2025
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb
21:50 28.06.2025
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb