Film kimi hadisə - Pilot huşunu itirdi, təyyarəni sərnişin yerə endirdi

Film kimi hadisə - Pilot huşunu itirdi, təyyarəni sərnişin yerə endirdi
DÜNYA
14:32 12.05.2022
925
Huşunu itirən pilotu və təyyarəni təcrübəsiz sərnişin yerə endirib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Florida ştatına uçan təyyarənin pilotu huşunu itirən zaman sərnişin qüllə ilə əlaqə saxlayıb və təyyarəni heç bir problem olmadan hava limanına endirə bilib.

Hadisə zamanı Baham adalarından havaya qalxan və Florida ştatının cənub bölgələrində seyr etdiyi anlaşılan Cessna Caravan tipli təyyarədəki azsaylı adamlardan biri olduğunu deyən sərnişin təyyarəni endirməyi bacarıb. Hava trafik idarəçilərinin köməyi nəticəsində təyyarə Palm Beach Beynəlxalq Hava Limanına zərər vermədən enə bilib.

Həmin vaxt qüllə ilə təmasda olan American Airlines pilotunun çaşqın ifadələri səs yazısında da əks olunub.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR