Fırtına həyəcanı verilən Antalyada sörfçülər dənizə axışdı - FOTOLAR

Fırtına həyəcanı verilən Antalyada sörfçülər dənizə axışdı - FOTOLAR
DÜNYA
16:26 21.12.2023
198
Meteorologiya Antalyada leysan və tufan xəbərdarlığı edib. Bunu eşidən sörfçülər Konyaaltı çimərliyinə axın edib.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, fırtına ilə birlikdə dünyaca məşhur Konyaaltı çimərliyində nəhəng dalğalar əmələ gəlib. Bu dalğalardan istifadə edən bir qrup sörfçü Boğaçayı ilə dənizin qovuşduğu nöqtəyə gəlib. 

Temperaturun 17 dərəcə, dəniz suyunun istiliyinin 20,5 dərəcə, dalğa uzunluğunun 3 metri keçdiyi çimərlikdə sörfçülər bu anları zövqə çevirib.

Təxminən 1,5 saat məşq edən idmançıların dalğalar arasında itdiyi anlar həyəcanlı anlara səbəb olub. 

Gülay

 

 

OXŞAR XƏBƏRLƏR