Flora Kərimova: “Xalqım yaddan çıxartmasın: Avropa Oyunları Azərbaycan, Qarabağ naminədir”

Flora Kərimova: “Xalqım yaddan çıxartmasın: Avropa Oyunları Azərbaycan, Qarabağ naminədir”
MƏDƏNİYYƏT
17:56 18.06.2015
2040

“Birinci Avropa Oyunlarının bütün yarışlarına baxıram və fərəhlənirəm”.

Bunu AzNews.az-a Xalq artisti Flora Kərimova deyib. Onun sözlərinə görə, Avropa Oyunları Azərbaycanın fərəhi, qüruru və dünyaya səsidir: “Nə qədər yozurlarsa yozsunlar, nə qədər deyirlər desinlər, bu iş çirkab götürməz. Başa düşürük ki, I Avropa Oyunlarına çox pul xərclənib, baha başa gəlib, ancaq nəticəsi qürurvericidir. Biz elə məsələlərdə təklənmişik ki, insanlar da başa düşməlidir, idman çox böyük siyasətdir. Biz bunu ona görə etmirik ki, Azərbaycanı dünya tanısın. Dünya bizi tanıyır. Bizimkilər nəyəsə qulp qoyanda mən çox hiddətlənirəm. Bura Azərbaycandır, bizim vətənimizdir. Həm güman yerimiz, həm də arxalandığımız bir varlığımızdır. Qulp qoymasınlar. Milləti, dövləti də göz qarşısına gətirmək lazımdır. Unutmayın ki, qalib olmaq üçün hansısa bir maliyyəni qurban verməlisən. Ancaq pisə yozurlar. Mən buradan Avropa Oyunlarını pisə yozanlara üzümü tuturam: Azərbaycan bizim vətənimizdir və Avropa Oyunları ancaq vətənin və onun siyasətinin naminədir. Qarabağın naminədir. Bunu mənim Azərbaycanım, xalqım yadından çıxarmasın. Bütün dünya Avropa Oyunların möhtəşəmliyinə baxıb hayıl-mayıl olduğu anları yada salsınlar.

Nə qədər ölkədə çatışmazlıq olursa-olsun, azərbaycanlılar yadından çıxarmasın: Bu saat bütün siyasət, hər şey Azərbaycan naminədir. İnsan hüquqları deyə bağıran insanlar xaricdə bilsinlər ki, artıq mənim Qarabağda yaşayan azərbaycanlılarımızın hüquqları çoxdan tapdalanıb. Onun simasında hər birimizin hüquqları tapdalanıb. Ona görə orada bağırmasınlar ki, ay kimlərinsə Azərbaycanda hüquqları tapdanıb. Hər şey yerin tutacaq. Hər şey gözəl olacaq, mən buna inanıram”.

Xalq artisti Birinci Avropa Oyunlarının açılış mərasimində təqdim olunan və Azərbaycan mədəniyyətini təbliğ edən səhnələrə baxdıqca ağladığını vurğulayıb: “Hər bayraq dalğalananda mən ağlayırdım. Özü də necə. Alim Qasımov xalça üstündə oxuyanda, Qobustan qayalarını göstərəndə, dənizə doğru gedən xanım, yanan insanı gördükcə üzümü bağlayıb hönkür-hönkür ağlayırdım. Bunu gördükcə və vətəndaşlığımı hiss etdikcə bu işin başında dayanan adamlaraçox sağ ol deyirdim. Bu oyunların heç bir tərəfinə söz qoşmaq lazım deyil. Mən gördüyümə qiymət verirəm. Heç kim burnunu soxmasın. Bəzi insanlara səslənirəm, qulp qoymağa tələsməsinlər, götür-qoy etsinlər. Heç olmasa, başa düşün ki, bu ölkənin vətəndaşısınız”.

F.Kərimova qeyd edib ki, Avropa Oyunlarının belə möhtəşəm təşkil olunması Azərbaycanın başını bir daha ucaltdı: “Dilimizi də bir o qədər uzun elədi. Bu hadisələrin timsalında Avropa Məhkəməsi ermənilərə əməlli-başlı qapaz vurdular. Bunu yadınıza salın. Bunlar bilirsiniz nəyin hesabınadır? Azərbaycanın nüfuzunun hesabına. 10 ildir ki, Avropa Məhkəməsi bu işə baxmırdı...”

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İtaliya müdafiə naziri: Rusiya növbəti 5 ildə NATO üçün təhdid yarada bilər
19:09 03.07.2025
İtaliya müdafiə naziri: Rusiya növbəti 5 ildə NATO üçün təhdid yarada bilər
İyulun bu tarixlərində sutka 24 saatdan az olacaq - DİQQƏT!
18:50 03.07.2025
İyulun bu tarixlərində sutka 24 saatdan az olacaq - DİQQƏT!
Tarix Əliyev ilk dəfə qızının anası ilə bağlı danışdı - VİDEO
18:43 03.07.2025
Tarix Əliyev ilk dəfə qızının anası ilə bağlı danışdı - VİDEO
Azərbaycanda rusdilli təhsil ləğv olunmalıdır? - VİDEOSORĞU
18:25 03.07.2025
Azərbaycanda rusdilli təhsil ləğv olunmalıdır? - VİDEOSORĞU
ABŞ-nin yeni müvəqqəti işlər vəkili bu həftə Bakıya gələcək
18:21 03.07.2025
ABŞ-nin yeni müvəqqəti işlər vəkili bu həftə Bakıya gələcək
Tacirin ev qiymətinə olan saatı - FOTO
18:10 03.07.2025
Tacirin ev qiymətinə olan saatı - FOTO
Yekaterinburqda həbs olunan daha bir azərbaycanlı məhkəmə qərarından şikayət edib
18:00 03.07.2025
Yekaterinburqda həbs olunan daha bir azərbaycanlı məhkəmə qərarından şikayət edib
Azərbaycan və Qırğızıstan prezidentləri Xıdırlı kəndinin açılışında iştirak ediblər
17:57 03.07.2025
Azərbaycan və Qırğızıstan prezidentləri Xıdırlı kəndinin açılışında iştirak ediblər
Bakıda yeni park dost ölkənin xəritəsi formasında olacaq
17:50 03.07.2025
Bakıda yeni park dost ölkənin xəritəsi formasında olacaq
Bakıda təmirə görə bəzi yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub
17:31 03.07.2025
Bakıda təmirə görə bəzi yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub
Bakıda tikinti aparılan bağ evlərindən oğurluq edən şəxslər saxlanılıb - VİDEO
17:13 03.07.2025
Bakıda tikinti aparılan bağ evlərindən oğurluq edən şəxslər saxlanılıb - VİDEO
Kanadada hava limanında bomba həyəcanı - Uçuşlar ləğv olundu
17:12 03.07.2025
Kanadada hava limanında bomba həyəcanı - Uçuşlar ləğv olundu
Yasamalda yaşayış binasında yanğın
16:59 03.07.2025
Yasamalda yaşayış binasında yanğın
Ərəbistanda THAAD hava hücumundan müdafiə sistemi quraşdırıldı
16:47 03.07.2025
Ərəbistanda THAAD hava hücumundan müdafiə sistemi quraşdırıldı
İlham Əliyev Xankəndi-Şuşa kanat yolunun inşası üçün seçilmiş əraziyə baxıb
16:39 03.07.2025
İlham Əliyev Xankəndi-Şuşa kanat yolunun inşası üçün seçilmiş əraziyə baxıb
Azərbaycanda iyun və iyul aylarının sərin keçməsinin səbəbi açıqlanıb
16:36 03.07.2025
Azərbaycanda iyun və iyul aylarının sərin keçməsinin səbəbi açıqlanıb