Flora Kərimovadan Roza Zərgərliyə dəstək gəldi: "Mən sevinirəm ki, onlar gec də olsa ayılırlar" - VİDEO

Flora Kərimovadan Roza Zərgərliyə dəstək gəldi: "Mən sevinirəm ki, onlar gec də olsa ayılırlar" - VİDEO
MAQAZİN
17:24 13.02.2016
4248

Tanınmış müğənni Roza Zərgərlinin "facebook" vasitəsi ilə həmkarlarına müraciəti böyük ajotaja səbəb olub. Müğənniyə ilk dəstək xalq artisti Flora Kərimovadan gəlib.

Xalq artisti Flora Kərimova qeyd edib ki, hər kəs yuxudan ayılmalı və xalqın yanında olmalıdır: "Mən bunu hər zaman söyləmişəm, SSR-i vaxtında belə. İyirmi il əvvəl İlhamə Quliyeva ilə verilişdə iştirak edirdim. Orda İlhamə Quliyeva söylədi ki, hər bir qadının bir halqa qızılı da olsa var. Müğənnilərə bir parça çörəyi verən bu insanlardır. İndi çıxıb bahalı avtomobillərini, villalarını, evlərini göstərib bu insanlara nəyi sübüt edirlər? Roza yazıb ki, bir oğlan deyir şəkili sil, yoldaşım hamilədir. Roza Zərgərli də silib. Mən düşünürəm ki, bu Rozanın ürəyinin böyüklüyüdür, onun yüksəkliyidir.Ondan başqa cavab gözləyə də bilməzdim. Onun verilişində də iştirak etmişəm, hər zaman öz xanımlığını, qadınlığını qoruyub. Bu onun səmimiyyətidir. Əgər əvvəl o da evini, maşınını, yediyi yeməyi paylaşıb indi isə bu səhvi özündə görüb insanlardan üzr istəyirsə bu onun böyüklüyüdür.İnsan yaşa dolduqca dünya görüşü artır, püxtələşir. Mən çox sevinirəm ki, vaxtilə mənim dediklərimi indi Roza xanım kimi sənətçilər də dəstəkləyir. Məndən soruşurlar ki, Flora xanım sizin neçə otağınız var? Mən yenə də utanıram kiməsə bu haqda danışım. Qoy Roza xanım bu statusları ilə örnək deməzdim, digər sənətçiləri yuxudan ayıltsın."

Xatırladaq ki, müğənni Roza Zərgərlinin bu statusu ajıotaja səbəb olmuşdu: "Dünən yaxın rəfiqəm "Instagram"da yemək şəkili paylaşdı, bir oğlan aqressivcəsinə "şəkili sil, yoldaşım hamilədir, istəyər ala bilmərəm" yazdı. Ondan sonra şəkil silindi. Dünəndən özümə gələ bilmirəm. Tam səmimi müraciət edirəm həmin oğlana. Mənə yazın, bişirib gətirim... Bu mənə də dərs oldu. Əgər hansısa paylaşımıma görə kimsə pis olubsa, üzrlü hesab edin. Sizi anlayıram...".

Daha sonra həmkarlarına müraciət edərək bunları demişdi:

"Həmkarlarıma və dostlarıma müraciət edirəm. Dünən yeməklə bağlı status yazdım və başa düşdüm ki, insanlar sənətçilərin sosial şəbəkədə yerləşdirdiyi yemək şəkillərindən, dəbdəbəli həyat tərzindən, bahalı avtomobillərdən, villalardan həqiqətən qıcıqlanır. Biz sənətçilərə dəyər verən elə bu xalqdır. Az-çox nəyə nail olmuşuqsa, məhz bizi hansısa hərəkətimizə görə qınayan, tənqid edən insanların sayəsindədir. Əgər bizi bu xalq yüksəldibsə, deməli, yeri gələndə qınamağa da haqqı var. Bizim də borcumuz onların tutduğu iradları nəzərə almaqdır. Belə bir deyim var-ruzini verən Allahdır. Amma gəlin bəndələri də unutmayaq. "Səndən hərəkət, məndən bərəkət" deyə bir misal da var. Öz hərəkətlərimizi kənardan görüb tənqidi yanaşa bilmiriksə, o zaman həmin çörəyi mütləq itirəcəyik. Ona görə deyirəm ki, insanları qıcıqlandıran fotolar paylaşmamalıyıq. Çünki bizi izləyənlər arasında hamilə qadınlar, imkansız insanlar da az deyil. Şəxsən mən özümə kənardan baxmağa çalışdım və səhvlərimi gördüm. Çox istərdim ki, sənət yoldaşlarım bir daha bu haqda düşünsünlər".

Qeyd etmək istəyirəm ki, müğənni Roza Zərgərli son vaxtlar yazdığı statusları və yeni təqdim etdiyi "Spor" mahnısı ilə daha da çox diqqət çəkməyi bacarıb. Rednews.az həmin mahnı təqdim edir.

OXŞAR XƏBƏRLƏR